Bakı. 23 iyun. REPORT.AZ/ Almaniyada kinoteatrda atəş açmağa cəhd göstərən şəxs polis tərəfindən öldürülüb.
"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə Hessen torpağının Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki, əməliyyat zamanı polisin gözyaşardıcı qazdan istifadəsi nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
*** 18:44
Almaniyanın qərbində yerləşən Firnhaym şəhərindəki “Kinopolis” kinoteatrına silahlı hücum olub.
"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, silahlı şəxs kinoteatra daxil olaraq atəş açıb.
Məlumata görə, ən azı 25 nəfər yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.