Almaniyanın Saksoniya əyalətində koronavirusla bağlı tələbləri dəfələrlə pozan şəxsləri məcburi qaydada təcrid etmək üçün mərkəz yaradılacaq.
“Report” “Bild”ə istinadən xəbər verir ki, bu məqsədlə 2017-ci ildə Drezden şəhərində tikilmiş qaçqınların ilkin qəbulu mərkəzinin binasından istifadə etmək nəzərdə tutulur.
Ötən ilin yazında Saksoniyanın səhiyyə naziri Petra Köppinq karantini pozanları psixiatriya xəstəxanalarında yerləşdirməyi təklif etmişdi, lakin qəbul olunmamışdı.