Yuxarı

​Almaniyada ilk dəfə Ramazan festivalı keçirilib

Tədbir mehtər marşı ilə başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Almaniyanın Köln şəhərində ilk dəfə Ramazan festivalı keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, tədbir Hollandiyanın mehtərlər ansamblının marşı ilə başlayıb.

Festival Ramazan ayı ərzində 14 min kv. metr ərazidə keçiriləcək. 76 iş adamı həmin ərazidə köşk qurub. Tədbirə gələnlər çay, qəhvə və sələb kimi milli içkilərə qonaq edilirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi