Almaniyada COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb

Almaniyada COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb Son bir gün ərzində Almaniyada koronavirusdan 27 nəfər ölüb.
Digər ölkələr
22 May , 2020 07:41
Almaniyada COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb

Son bir gün ərzində Almaniyada koronavirusdan 27 nəfər ölüb.

“Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada daha 460 koronavirusa yoluxma halı aşkarlanıb.

Epidemiyanın başlanğıcından ölkədə koronavirusa 177 212 yoluxma aşkarlanıb. İnstitutun məlumatına görə, COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb, 159 min xəstə sağalıb.

Ən çox yoluxma sayı Bavariyada qeydə alınıb. Burada 46 024 nəfər COVID-19-a yoluxub. Şimali Reyn-Vestfaliyada 37 010 təhlükəli virusun daşıyıcısı kimi qeydə alınıb. Baden-Vürtemberq 34 174, Berlində 6 585 yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi