Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyada mühacirlərə qarşı yürüşlərin sayı gedərək artır.
"Report" BBC-yə istinadən xəbər verir ki, ötən gün Drezden şəhərində "İslamlaşmaya Qarşıyıq" şuarı altında keçirilən yürüşə ən az 17 min insan qatılıb.
Oxşar nümayişlər Berlin daxil olmaqla Almaniyanın başqa şəhərlərində təşkil edilib.
Almaniyada əhali xüsusi ilə Suriyadan gələn qaçqınlara sığınacaq verməkdən imtina edir.