Almaniyada Ermənistan vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Almaniyada Ermənistan vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB Almaniyada Rusiya vətəndaşı daxil olmaqla 3 nəfər saxlanılıb.
Digər ölkələr
21 İyun , 2024 17:22
Almaniyada Ermənistan vətəndaşı casusluqda şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər xarici kəşfiyyatın göstərişi ilə Almaniyada bu ölkədə olan “Ukraynadan olan şəxs” haqqında məlumat toplamaq məqsədi ilə olub.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun 20-də isə hakim onların həbsi üçün order verib və icra edib.

16:49

Almaniyada terrorçuluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan biri Rusiya vətəndaşıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, onlar casusluqda şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi