Almaniya XİN: "Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir”
Almaniya XİN: "Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir”“Müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.
“İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.
“Report” xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Beerbok tviterdə yazıb.
O bildirib ki, Almaniya bu məsələdə Böyük Britaniya ilə koordinasiyalı davranacaq: “Biz britaniyalı dostlarımızın yanındayıq. Rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi əlaqələndirməyə davam edəcəyik”.
Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.
Die Hinrichtung von Alireza #Akbari ist ein weiterer unmenschlicher Akt des iranischen Regimes. Wir stehen an der Seite unserer britischen Freund*innen und werden unser Vorgehen gegenüber dem Regime und unsere Unterstützung für Irans Menschen weiter eng miteinander abstimmen.
— Außenministerin Annalena Baerbock (@ABaerbock) January 14, 2023