Almaniya XİN başçısının prezidentliyə namizədliyi rəsmən elan edilib

Almaniya XİN başçısının prezidentliyə namizədliyi rəsmən elan edilib Angela Merkel: “Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının çoxu tərəfindən dəstəklənəcək doğru namizəddir“
Digər ölkələr
16 Noyabr , 2016 15:49
Almaniya XİN başçısının prezidentliyə namizədliyi rəsmən elan edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu partiyanın sədri Angela Merkel noyabrın 16-da bəyan edib.

“Mən şadam ki, 3 partiyanın sədrləri sizi “böyük koalisiya” adından prezidentliyə namizədliyinizi irəli sürürük. Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının çoxu tərəfindən dəstəklənəcək doğru namizəddir. Çünki insanlar hiss edir ki, ona inana bilərlər” - Angela Merkel vurğulayıb.

Qeyd edək ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.

Xatırladaq ki, Frank-Valter Ştaynmayer Xristian-Demokrat, Sosial-Demokrat və Xristian-Sosial İttifaqı partiyaları tərəfindən prezidentliyə namizəddir.

Son xəbərlər

Orphus sistemi