Almaniya və Fransa İrana qarşı yeni sanksiyalara çağırıb

Almaniya və Fransa İrana qarşı yeni sanksiyalara çağırıb “Almaniya və Fransa İranın qadınların etirazlarını qəddarlıqla yatırmasına görə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb”.
Digər ölkələr
7 Oktyabr , 2022 20:43
Almaniya və Fransa İrana qarşı yeni sanksiyalara çağırıb

Almaniya və Fransa qadınların etirazlarını qəddarlıqla yatırmasına görə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəziyyətlə bağlı İranın Almaniyadakı səfiri artıq iki dəfə Xarici İşlər Nazirliyinə çağırılıb: “Biz amansız repressiyaya görə məsuliyyət daşıyanlara qarşı əlimizdə olan vasitələrdən istifadə edəcəyik. Bunlar, xüsusən, İranda 550-dən çox struktur, qurum və ya şəxsi əhatə edən mövcud sanksiyalar paketlərinə əlavə olaraq, Fransa ilə birlikdə Avropa səviyyəsində başlatdığımız yeni sanksiyalardır”.

O, Avropa İttifaqının növbəti sammitində əlavə sanksiyaların qəbul ediləcəyinə ümid edib.

Bundan əvvəl, “Der Spiegel” iranlı 16 şəxsin və təşkilatları “qara siyahı”ya salınması təklif edildiyini yazıb.

Son xəbərlər

Orphus sistemi