Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir.
Digər ölkələr
31 May , 2023 16:28
Almaniya Rusiyanın dörd konsulluğunu bağlamaq niyyətindədir

Almaniya hökuməti bu ölkədə fəaliyyət göstərən beş Rusiya konsulluğundan dördünü bağlamaq niyyətindədir.

"Report" Almaniya hökumətinin bəyanatına istinadən xəbər verir ki, rəsmi Berlin artıq Rusiyanın Almaniyadakı Baş Konsulluğunun ilin sonunadək bağlanmasının zəruriliyi barədə Moskvanı məlumatlandırıb.

Qərara əsasən, Almaniyanın Kalininqrad, Novosibirsk və Yekaterinburqdakı konsulluqları da bağlanacaq.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki bir konsulluğuna və səfirliyinə işləməyə icazə verildiyini açıqlayıb. O, bu qərarın rəsmi Moskvanın Rusiyada fəaliyyət göstərən Almaniya müəssisələrinin əməkdaşlarının sayının 350 nəfərə qədər endirilməsi qərarına cavab olaraq qəbul edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi