​Almaniya prezidentinin iqamətgahına "Molotov kokteyli" atılıb

​Almaniya prezidentinin iqamətgahına "Molotov kokteyli" atılıb Ciddi zərərdən yayınmaq mümkün olub
Digər ölkələr
24 May , 2015 19:17
​Almaniya prezidentinin iqamətgahına Molotov kokteyli atılıb

Bakı. 24 may. REPORT.AZ/ Berlin polisi mayın 24-nə keçən gecə Almaniya Federativ Respublikası prezidenti Yoahim Qaukun paytaxtda yerləşən Belvyu qəsri ərazisinə yandırıcı qatışıqlı butulka atan şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Polis əməkdaşları yanğını söndürərək ciddi zərərin qarşısını ala biliblər. Bundan əlavə, saxlanılan şəxs qəsrin ərazisinə Qaukun siyasətini pisləyən bir topa vərəq də atıb.

Son xəbərlər

Orphus sistemi