Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib

Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib.
Digər ölkələr
8 İyul , 2022 13:28
Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib

Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib.

“Report” xəbər verir ki, məlumatı Almaniya Bundestaqının saytı yayıb.

Bildirilib ki, layihəni hakim Sosial Demokratlar, “Yaşıllar” və Azad Demokratlar partiyaları, əsas müxalifət sayılan Xristian-Demokrat Partiyası və Xristian Sosialist İttifaqı dəstəkləyib. Almaniya üçün Alternativ Partiyasının deputatları səsvermədə tərəfsiz qalıb, Sol Partiyanın deputatları isə layihənin əleyhinə səs verib.

Polşa parlamentinin Aşağı Palatası da İsveç və Finlandiyanın Alyansa daxil olması haqqında protokolu ratifikasiya edib. Prezident Anjey Duda bu iki dövlətin NATO-ya üzv olması ilə bağlı sənədi təsdiqləməlidir.

Xatırladaq ki, Danimarka, Norveç, Kanada, İslandiya və Albaniya parlamentləri artıq uyğun sənədi ratifikasiya edib.

Qeyd edək ki, NATO-nun iyunun 28-30-da İspaniyanın Madrid şəhərində keçirilən zirvə toplantısında İsveç və Finlandiyanın Alyansa üzv olmasına dair ərizəsinə müsbət cavab verilib.

Son xəbərlər

Orphus sistemi