Almaniya pandemiyaya görə tam qapanmaya keçir

Almaniya pandemiyaya görə tam qapanmaya keçir Yoluxma hallarının çox olduğu əyalətlərdə küçəyə çıxmaq qadağası tətbiq oluancaq
Digər ölkələr
14 Dekabr , 2020 16:59
Almaniya pandemiyaya görə tam qapanmaya keçir

Almaniya dekabrın 16-dan etibarən koronavirus pandemiyasını nəzarətdə saxlamaq üçün bütün ölkəni əhatə edən qapanma tətbiq edəcək.

“Report”un Avropa bürosunun məlumatına görə, ötən gün Almaniya kansleri Angela Merkelin əyalət baş nazirləri ilə keçirdiyi toplantı zamanı dekabrın 16-dan yanvarın 10-a kimi ölkə üzrə tam qapanma tətbiq olunması ilə bağlı qərar verilib.

Qərara görə, market və apteklərdən başqa bütün ticarət obyektləri, restoranlar, əyləncə mərkəzləri, gözəllik salonları bağlanacaq. Dövlət idarələrinin əməkdaşlarının çoxu evdən işlərini davam etdirəcəklər. Təhsil müəssisələri yeni il tətilinə görə bağlanacağı üçün tam qapanmaya qədər yalnız hər iki valideyni çalışan uşaqların məktəbə gəlməsi tövsiyə olunacaq. Ona qədər dərslər paralel olaraq internet üzərindən, onlayn olaraq davam etdiriləcək.

Yeni il tədbiri keçirilməsinə isə evdə yalnız ailə üzvlərinə icazə veriləcək. Atəşfəşanlıq qadağan olunacaq. Eyni zamanda yeni il gecəsi insanların küçə və meydanlarda toplaşmasına icazə verilməyəcək. İctimai yerlərdə spirtli içki içilməsinə qadağa qoyulacaq.

Karantin qaydalarının sərtləşdiriməsi dini məkanların da fəaliyyətini məhdudlaşdıracaq. Məscidlərdə cümə namazları qadağan olunacaq, kilsələrdə xor şəkildə dini mahnıların oxunmasına icazə verilməyəcək.

Yoluxma hallarının çox olduğu əyalətlərdə isə küçəyə çıxmaq qadağası tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi