Yuxarı

Almaniya​ İŞİD-lə əlbir olub İraq və Suriya neftini Avropaya daşıyır

Rəsmi Berlin milyonlarla dollarlıq neftin gəlirini isə nağd olaraq terror təşkilatına ödəyir

Bakı. 7 avqust. REPORT.AZ/ Koalisiya qüvvələri ilə birlikdə təyyarələrlə İŞİD silahlılarını bombalayan Almaniya, digər tərəfdən də terror təşkilatının İraq və Suriya ərazisində çıxardığı nefti gizli şəkildə beynəlxalq bazarda satır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Almaniya İŞİD-dən aldığı nefti Tartus limanı vasitəsi ilə Avropaya aparır və satır. Milyonlarla dollarlıq neftin gəlirini isə nağd olaraq terror təşkilatına ödəyir.

Dünyanın ən zəngin terror təşkilatı İŞİD-in ən mühüm gəlir mənbəyi Suriyada ələ keçirdikləri neft bazalarıdır. İŞİD-in nəzarətindəki neftin dünya bazarlarına necə çıxarıldığı məlum olub.

Məlumatda qeyd olunur ki, İŞİD nefti Suriya və İraqda fəaliyyət göstərən Qərb ölkələrinin şirkətləri vasitəsilə beynəlxalq bazarlara daşınır və satılır. Beynəlxalq koalisiyanın İŞİD-i bombardman etməsinə baxmayaraq, onun niyə dağılmaması istiqamətində aparılan araşdırmaların nəticəsində məlum olub ki, terror təşkilatı Qərb şirkətlərinin apardığı gizli ticarət sayəsində maliyyələşir. 

Eyni zamanda, terror təşkilatının Suriya ərazisində ələ keçirdiyi neft yataqlarından çıxardığı neftin satışından götürdüyü gəlirlə silah əldə etdiyi bildirilib. Həmçinin, İŞİD-in neftin barelinin 20 dollara, bəzi yerlərdə isə 15 dollara satdığı da deyilir. Yerli bazarlarda neftin satışını isə Əsədin qohumları ilə birlikdə kürd qaçaqmalçıları həyata keçirir.

Digər mühüm məqam isə alman şirkətlərinin bu işdə maraqlı olmasıdır. Almanlar nefti Avropaya satmaq üçün iki marşrutdan istifadə edir. Bunlardan birincisi İran və Dubay vasitəsilə, digəri isə Tartus limanıdır. Nefti alan almanlar tankerlərlə "qara qızılı" Aralıq dənizi sahilindəki Tartus limanına çatdırır. Buradan da  neft gəmilərlə Avropa ölkələrinə göndərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi