Almaniya, Fransa və Britaniya İranı 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalına görə qınayıb

Almaniya, Fransa və Britaniya İranı 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalına görə qınayıb Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranı nüvə eskalasiyasını dərhal dayandırmağa çağırıb.
Digər ölkələr
10 Dekabr , 2024 18:12
Almaniya, Fransa və Britaniya İranı 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalına görə qınayıb

Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranı nüvə eskalasiyasını dərhal dayandırmağa çağırıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, birgə bəyanatı Almaniya Xarici İşlər Nazirliyi yayıb.

"Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın Fordo yeraltı obyektində 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün nüvə proqramının daha da genişləndirilməsi istiqamətində atdığı son addımları qınayır", - bəyanatda bildirilib.

Bu ölkələr, həmçinin İranın istifadədə olan sentrifuqaların sayını artırması və uranın zənginləşdirilməsi üçün əlavə infrastrukturun yaradılmasına hazırlıq görməsindən narahatlıqlarını ifadə edib.

"Biz İranı bu addımlardan çəkinməyə və nüvə eskalasiyasını dərhal dayandırmağa çağırırıq", - XİN vurğulayıb.

Cümə günü Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi “Reuters” agentliyinə müsahibəsində İranda 60 %-ə qədər zənginləşdirilmiş uran istehsalının kəskin artdığını bildirib.

Son xəbərlər

Orphus sistemi