Bavariya Partiyası: Almaniya Federativ Respublikasından ayrılmaq qanuni haqqımızdır

Digər ölkələr
  • 06 oktyabr, 2017
  • 10:20
Bavariya Partiyası: Almaniya Federativ Respublikasından ayrılmaq qanuni haqqımızdır
Getty Images/ Florian Werner

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Bavariyanın azadlığı, Bavariyanın Almaniya Federativ Respublikasından ayrılması qanuni haqqımızdır”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Bavariya Partiyası “Facebook” səhifəsində yazıb.

Hətta partiya bu istiqamətdə fəaliyyətə başladığını bildirib. Siyasi təşkilat Avropa Məhkəməsinə müraciət edərək bavariya dilinin alman dilindən ayrı dil kimi tanınmasını istəyəcək.