Almaniya əfqan qaçqınlarını Özbəkistan vasitəsilə öz vətənlərinə qaytarmağı planlaşdırır

Almaniya əfqan qaçqınlarını Özbəkistan vasitəsilə öz vətənlərinə qaytarmağı planlaşdırır Almaniya Daşkəndlə əfqan qaçqınlarının Özbəkistan vasitəsilə öz vətənlərinə aparılması imkanlarını müzakirə edir.
Digər ölkələr
16 İyun , 2024 17:54
Almaniya əfqan qaçqınlarını Özbəkistan vasitəsilə öz vətənlərinə qaytarmağı planlaşdırır

Almaniya Daşkəndlə əfqan qaçqınlarının Özbəkistan vasitəsilə öz vətənlərinə aparılması imkanlarını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Almaniyanın daxili işlər naziri Nensi Feserin tapşırığı ilə rəsmilərdən ibarət nümayəndə heyəti mayın sonunda miqrasiya və deportasiya paktını müzakirə etmək üçün Daşkəndə səfər edib.

Sığınacaqdan məhrum edilən və Almaniyadan deportasiya edilən məhdud sayda əfqanların Özbəkistana, daha sonra qonşu Əfqanıstana göndərilməsi planlaşdırılır. Kabilə uçuşlar özəl aviaşirkət tərəfindən həyata keçiriləcək.

Bu, Almaniyaya radikal “Taliban” hərəkatı ilə danışıqlardan yayınmağa imkan verəcək. Özbəkistan hakimiyyəti Berlinin təklifini öyrənir.

Rəsmi Daşkənd öz növbəsində sazişə Özbəkistandan Almaniyaya ixtisaslı işçilərin qanuni miqrasiyasına imkan verən ikitərəfli müddəaların daxil edilməsini istəyir.

Son xəbərlər

Orphus sistemi