Ali Radanın komitə sədri: "Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir"

Ali Radanın komitə sədri: "Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir" Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu, ölkənin xarici siyasət strategiyasında bir daha təsbit edilib.
Digər ölkələr
1 Sentyabr , 2021 17:39
Ali Radanın komitə sədri: Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir

"Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu, ölkənin xarici siyasət strategiyasında bir daha təsbit edilib".

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Maliyyə, Vergi və Gömrük siyasəti Komitəsinin sədri, xalq deputatı Maryan Zablotskiy Volodimir Zelenski tərəfindən imzalanmış Ukraynanın xarici siyasət strategiyası haqqında sənəd çərçivəsində iki ölkə arasında əməkdaşlığı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu fərman dövlətlər və xalqlar arasında münasibətlərin əsl xarakterinə aydınlıq gətirir: “Qeyd etmək lazımdır ki, parlamentlərarası əlaqələrin aktivliyi, o cümlədən parlamentlərarası intensiv iş ölkələr arasında münasibətlərin inkişafına öz töhfəsini verir.

Bundan başqa, son illərdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun Ukraynanın ictimai-siyasi həyatında fəal rolu müşahidə olunur.

Müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında sadəcə dostluq münasibətləri qurulmayıb. Ümumi problemlər rəsmi Kiyev və Bakıya tarixin çətin dövrlərində bir-birini dəstəkləməklə müttəfiq olmaq imkanı verib”.

Ali Radanın komitə sədri qeyd edib ki, bu tendensiya GUAM çərçivəsində sıx münasibətlərdə, səsvermələrdə öz əksini tapıb: "Bu səbəbdən, Azərbaycanı Ukraynanın strateji tərəfdaşı kimi görmək tamamilə məntiqlidir, bu isə şübhəsiz ki, ölkələr arasında münasibətlərin gələcək inkişafına təsirsiz ötüşməyəcək”.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiq olunmuş “Ukraynanın xarici siyasət strategiyası haqqında” strategiyada Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq münasibətləri öz əksini tapıb.

Azərbaycanla münasibətlərdə enerji sahəsində əməkdaşlığa, Azərbaycanda Ukrayna iş adamlarının fəaliyyətinin genişləndirilməsi üçün şəraitin yaradılmasına, xüsusilə də infrastruktur və digər layihələrin icrasına Ukraynanın hüquqi şəxslərinin cəlb edilməsinə xüsusi diqqət ayrılacaq.

Son xəbərlər

Orphus sistemi