Ali Radada prezident seçkilərinin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı bəyanat qəbul edilməyib

Ali Radada prezident seçkilərinin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı bəyanat qəbul edilməyib Ukrayna Ali Radası ölkə ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi prezident seçkilərinin elan ediləcəyinin mümkünsüzlüyünü bildirən bəyanatı qəbul edə bilməyib.
Digər ölkələr
24 fevral 2025 17:51
Ali Radada prezident seçkilərinin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı bəyanat qəbul edilməyib

Ukrayna Ali Radası ölkə ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi prezident seçkilərinin elan ediləcəyinin mümkünsüzlüyünü bildirən bəyanatı qəbul edə bilməyib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sənədin qəbulu üçün zəruri olan 226 səsdən 218-i toplanıb.

Bəyanatda bildirilib ki, hərbi vəziyyət dövründə seçkilər təşkil edilərsə və keçirilərsə, seçki hüququnun bütün milli və beynəlxalq prinsiplərinə əməl edilməyəcək.

“Ukrayna Prezidenti Volodimir Zelenski konstitusiyaya uyğun olaraq yeni seçilmiş prezident vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir”, - bəyanatda deyilir.

Xatırladaq ki, ötən həftə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko bildirib ki, nəzəri cəhətdən bu il Ukraynada seçkilər mümkündür, lakin bunun baş verməsi üçün müharibə başa çatmalı və hərbi vəziyyət ləğv edilməlidir. Prezident isə bildirib ki, Ukraynada seçkilər çox vacibdir, lakin onlar yalnız müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyətin ləğvindən sonra keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi