Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb Albaniyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.
Digər ölkələr
28 Noyabr , 2019 14:10
Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Albaniyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Edi Rama açıqlama verib. 

Bundan əvvəl ölənlərin 35 nəfər olduğu bildirilmişdi.

Dağıntılar altından 45 nəfərədək xilas edilib. 

Fəlakət bölgəsində axtarış xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 26-na keçən gecə baş verən 6,4 maqnitudalı zəlzələnin ocağı ABŞ Geologiya Xidmətinin məlumatına görə paytaxt Tirananın 34 kilometr şimal-qərbində, 10 kilometr dərinlikdə yerləşirdi. Yeraltı təkanlar qonşu ölkələrdə də hiss olunub.

Son xəbərlər

Orphus sistemi