Avropa Komissiyasının (AK) yeni seçilmiş sədri Ursula fon der Lyayen
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə AK-nın Mətbuat xidmətinin kommünikesində deyilir.
Fon der Lyayenin sabah rəsmi olaraq AK üzvləri arasında portfel bölgüsünü edəcəyini və növbəti Avropa Komissiyasının işini necə təşkil etmək niyyətində olduğunu açıqlayacağı gözlənilir.
AK-da Aİ-nin hazırkı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin İspaniyadan olan namizəd Jozep Borrel ilə əvəz ediləcəyi gözlənilir.
Həmçinin qeyd olunur ki, AK-nın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ikinci müddətə fəaliyyətini davam etdirəcək.
AK-nın yeni heyətində Böyük Britaniya olmadan 27 ölkə təmsil olunub.