Bakı. 30 dekabr. REPORT.AZ/ İndoneziyanın xilasediciləri qəzaya uğramış "Air Asia" təyyarəsindəki sərnişilərdən 6-sının cəsədini aşkarlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlər təyyarənin sonuncu dəfə rabitə əlaqəsində olduğu yerdən 10 km aralı, Sakit okeanında, Yavan adasında tapılıb.
Ölənlərin xilasedici jiletisiz olduğu qeyd edilib.
Xatırladaq ki, təyyarənin göyərtəsində 155 sərnişin və 7 ekipaj üzvü olub.