Aİ və Britaniya "Brexit" üzrə danışıqları intensivləşdirməklə bağlı razılıq əldə ediblər

Aİ və Britaniya "Brexit" üzrə danışıqları intensivləşdirməklə bağlı razılıq əldə ediblər Avropa İttifaqı və Böyük Britaniya Brexitdən sonra İrlandiya sərhədi məsələsi üzrə razılığa gəlmək üçün yaxın günlərdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər.
Digər ölkələr
11 Oktyabr , 2019 18:05
Aİ və Britaniya Brexit üzrə danışıqları intensivləşdirməklə bağlı razılıq əldə ediblər

Avropa İttifaqı və Böyük Britaniya "Brexit"dən sonra İrlandiya sərhədi məsələsi üzrə razılığa gəlmək üçün yaxın günlərdə danışıqları intensivləşdirmək barədə razılığa gəliblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Avropa Komissiyasının "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye bu gün səhər Böyük Britaniyanın Aİ-dən çıxış üzrə naziri Stiven Barkli ilə konstruktiv görüş keçirib... Aİ və Britaniya yaxın günlərdə müzakirələri intensivləşdirməklə bağlı razılıq əldə ediblər", - bəyanatda deyilir.

Daha əvvəl Avropa Şurasının rəhbəri Donald Tuskun da söylədiyi kimi, Aİ dövlət başçılarının qarşıdakı sammitində razılıq əldə edilməsi şansı qalır. Bu zirvə görüşünün oktyabrın 17-18-də keçirilməsi planlaşdırılır.

Britaniya Aİ-ni oktyabrın 31-də tərk etməlidir.

Son xəbərlər

Orphus sistemi