​Aİ Şurasının sədri Polşanın yeni prezidentini təbrik edib

​Aİ Şurasının sədri Polşanın yeni prezidentini təbrik edib Seçkidə seçicilərin 56,1%-i səs verib
Digər ölkələr
25 May , 2015 09:54
​Aİ Şurasının sədri Polşanın yeni prezidentini təbrik edib

Bakı. 25 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk Anjey Dudanı Polşanın prezidenti seçilməsi münasibət ilə  təbrik edib.

"Report" TASS-a istinaən xəbər verir ki, Aİ Şurasının sədri bu haqda "Twitter" səhifəsində yazıb.

"Mən Anjey Dudanı qələbə münasibət ilə təbrik edir, ona uğurlu prezidentlik arzulayıram", - o bildirib.

"Exit-poll"un nəticələrinə əsasən, A.Dudaya seçicilərin 52 , Komorovskiyə isə 48%-i səs verib. İlkin məlumata görə, seçkidə seçicilərin 56,1% -i iştirak edib. 

Son xəbərlər

Orphus sistemi