Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı razılığa gəlib - YENİLƏNİB

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı razılığa gəlib - YENİLƏNİB Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının ilkin təklifi ilə bağlı razılığa gəliblər.
Digər ölkələr
30 Yanvar , 2024 11:41
Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərlə bağlı razılığa gəlib - YENİLƏNİB

Rusiyanın dondurulmuş aktivlərinin bu vəsaitlərin böyük hissəsinin (191 milyard avro) bloklandığı Belçikadakı “Euroclear” beynəlxalq saytında yenidən yatırılmasından əldə olunan mənfəət ayrıca qeydiyyata alınacaq. Bu, əvvəllər Avropa İttifaqı (Aİ) səfirləri tərəfindən razılaşdırılmış Avropa Komissiyasının (AK) direktivində nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

AK direktivində qeyd edilib ki, Aİ ölkələri Ukraynanı dəstəkləmək üçün xalis mənfəətdən formalaşmalı olan (Aİ) büdcəsinə maliyyə töhfəsi müəyyən etmək barədə yekdilliklə qərar verməlidir.

Bildirilib ki, üzv ölkələr həm də mərkəzi depozitarların hüquqi və inzibati xərcləri ödəmək üçün lazım olan vəsaitdən əlavə nə qədər tuta biləcəyini müəyyən edəcəklər. Bu cür tədbirlərin görülmə vaxtı hələ dəqiqləşdirilməyib.

Vurğulanıb ki, yaxın həftələrdə rəsmiləşdirilməsi gözlənilən direktivdə Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi nəzərdə tutulmayıb.

02:42

Avropa İttifaqının (Aİ) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının ilkin təklifi ilə bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Belçikanın Aİ-dəki missiyası “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Aİ səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi