Aİ Rusiya və Belarusdan gələn məhsullara rüsum tətbiq etməyə hazırlaşır

Aİ Rusiya və Belarusdan gələn məhsullara rüsum tətbiq etməyə hazırlaşır Avropa İttifaqının sammitində Rusiyadan, eləcə də Belarusdan gələn kənd təsərrüfatı məhsullarına tariflərin artırılması barədə qərar qəbul edilib.
Digər ölkələr
22 Mart , 2024 04:10
Aİ Rusiya və Belarusdan gələn məhsullara rüsum tətbiq etməyə hazırlaşır

Avropa İttifaqının sammitində Rusiyadan, eləcə də Belarusdan gələn kənd təsərrüfatı məhsullarına tariflərin artırılması barədə qərar qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Biz Rusiya və Belarusun Aİ-yə taxıl məhsullarının idxalına tariflərin artırılması ilə bağlı təklif hazırlamışıq. Bunun üçün bir neçə yaxşı səbəb var. Bu, Rusiya taxılının Avropa bazarında sabitliyi pozmasının qarşısını alacaq, Moskvanın ixracdan əldə etdiyi mənfəətdən istifadə etməsinə mane olacaq”, - deyə Ursula fon der Lyayen qeyd edib.

Bundan əvvəl Avropa Parlamenti və Avropa İttifaqı Şurası Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləmək üçün onunla ticarətin liberallaşdırılması tədbirlərinin uzadılması barədə razılığa gəlib

Son xəbərlər

Orphus sistemi