Yuxarı

​Avropa İttifaqının rəhbərliyi "brexit"lə bağlı birgə bəyanat yayıb

Jan-Klod Yunker: Brexit Avropa İttifaqının sonunun başlanğıcı deyil

Bakı. 24 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqındada tezliklə ərizə təqdim edəcəyini gözləyirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən Niderlandın baş naziri Mark Ryüttenin birgə bəyanatına vurğulanıb.

Bəyanata əsasən, Aİ Britaniyanın qərarı ilə bağlı eyni mövqedən çıxış edir.

"Brexit" Avropa İttifaqının sonunun başlanğıcı deyil. Britaniya gələcəkdə də Aİ-nin yaxın tərəfdaşı olacaq", - deyə Jan-Klod Yunker söyləyib. 

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi