Aİ pandemiya ilə bağlı görüş keçirəcək

Aİ pandemiya ilə bağlı görüş keçirəcək Bu barədə Aİ Şurası prezidentinin sözçüsü Barend Leyts tvitter hesabından xəbər verib
Digər ölkələr
8 Yanvar , 2021 16:32
Aİ pandemiya ilə bağlı görüş keçirəcək

21 yanvar tarixində Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair vidoe formatında təcili görüş keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurası prezidentinin sözçüsü Barend Leyts tvitter hesabından xəbər verib:

“Yanvarın 21-i axşam saat 6-da Aİ Şurası prezidenti COVID-19 ilə bağlı əlaqələrndirməyə dair Aİ-nin 27 üzv ölkəsilə videokonfransa sədrlik edəcək”.

Qeyd edək ki, yanvarın 5-də Aİ Şurasının prezidenti Şarl Mişel də mətbuat konfransı zamanı ayın sonuna doğru Aİ liderlərinin təcili videokonfransının keçiriləcəyini, Avropa İttifaqı məkanında peyvəndin təşkili və dərman alınması məsələlərinin müzakirə olunacağını açıqlamışdı.

Aİ-nin üzv ölkələrində peyvəndləməyə dekabr ayının sonunda – yanvarın əvvəlində başlanıb.

Son xəbərlər

Orphus sistemi