Aİ ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar

Aİ ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar.
Digər ölkələr
26 Noyabr , 2024 13:02
Aİ ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, bu fəaliyyət 25 noyabr - Qadın Zorakılığına Qarşı Mübarizə Gününün 25-ci ildönümü münasibətilə başladılıb.

"Gender əsaslı zorakılıqla müəyyən tədbirlər görməklə mübarizə aparmaq olar. Zorakılığın qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsi vacibdir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Aİ 2023-cü il oktyabrın 1-də İstanbul Konvensiyasına qoşulub. 2024-cü ilin mayında isə qadınlara qarşı və məişət zorakılığı ilə mübarizə üzrə direktiv qəbul etməklə gender əsaslı zorakılığa son qoymaq öhdəliyini üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi