Aİ ölkələrinin XİN başçıları Venesuela ilə əlaqədar məsləhətləşmələr aparır

Aİ ölkələrinin XİN başçıları Venesuela ilə əlaqədar məsləhətləşmələr aparır Bakı. 24 yanvar. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə Venesuelada baş verən etiraz aksiyaları ilə bağlı məsləhətləşmələr aparırlar.
Digər ölkələr
24 Yanvar , 2019 16:28
Aİ ölkələrinin XİN başçıları Venesuela ilə əlaqədar məsləhətləşmələr aparır

Bakı. 24 yanvar. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə Venesuelada baş verən etiraz aksiyaları ilə bağlı məsləhətləşmələr aparırlar.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, iclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin başçılığı ilə keçirilir.

Aİ ölkələri Venesuelada başverənlərlə bağlı ümumi mövqe hazırlamaq və görüşün sonunda onu səsləndirmək niyyətindədir. Ancaq artıq indidən əksər ölkələr Venesueladakı etirazçıları dəstəkləyir və Nikolas Maduronun prezidentliyini qeyri-qanuni hesab edirlər.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi