Avropalı nazirlər Ukraynadakı münaqişənin inkişafı ssenarilərini müzakirə edəcək

Avropalı nazirlər Ukraynadakı münaqişənin inkişafı ssenarilərini müzakirə edəcək Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətlərinin rəhbəri Jozep Borrell martın 21-də Brüsseldə keçiriləcək görüşdə Ukraynada münaqişənin inkişafının mümkün ssenariləri ilə bağlı təhlilini Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinə təqdim edəcək
Digər ölkələr
18 Mart , 2022 20:01
Avropalı nazirlər Ukraynadakı münaqişənin inkişafı ssenarilərini müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətlərinin rəhbəri Jozep Borrel martın 21-də Brüsseldə keçiriləcək görüşdə Ukraynada münaqişənin inkişafının mümkün ssenariləri ilə bağlı təhlilini digər üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinə təqdim edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətindəki mənbə bildirib və əlavə edib ki, iclasda Ukraynanın müdafiə naziri Aleksiy Reznikov çıxış edəcək.

“Aİ-nin xarici işlər və müdafiə nazirləri bazar ertəsi Ukraynadakı vəziyyəti müzakirə edəcək və müdafiə nazirini dinləyəcəklər. Ali nümayəndə Borrel isə münaqişənin inkişafının mümkün ssenariləri ilə bağlı öz təhlilini təqdim edəcək”, - mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi