Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək

Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi rüsumlara cavab olaraq nəzərdə tutulan tədbirlərin yenilənmiş siyahısını üzv ölkələrə göndərəcək.
Digər ölkələr
4 aprel 2025 11:16
Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək

Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi rüsumlara cavab olaraq nəzərdə tutulan tədbirlərin yenilənmiş siyahısını üzv ölkələrə göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, aprelin 15-də təsdiqlənəcək tədbirlər mayda qüvvəyə minəcək.

Qeyd olunub ki, Aİ-nin ABŞ ilə tariflərlə bağlı təmasları hələlik nəticə verməyib. Görünür, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviçin danışıqlar apardığı ABŞ-nin ticarət naziri Hovard Latnik ABŞ Prezidenti Donald Trampa təsiri azdır və tarif siyasəti ilə bağlı qərarları Trampın ticarət və istehsal üzrə müşaviri Piter Navarro qəbul edir.

Qeyd edək ki, aprelin 2-də Tramp bir çox ölkələrdən idxala gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib, Aİ-yə 20 % rüsum tətbiq olunacaq. Böyük Britaniyaya qarşı rüsumlar 10 % səviyyəsində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi