Aİ-nin ABŞ-dakı səfiri: "Rusiyaya qarşı sanksiyalar ən azı 2015-ci ilin sonuna qədər qüvvədə qalacaq"

Aİ-nin ABŞ-dakı səfiri: "Rusiyaya qarşı sanksiyalar ən azı 2015-ci ilin sonuna qədər qüvvədə qalacaq" Devid O'Sallivanın fikrincə, Minsk razılaşmalarının tam həyata keçməsini bu ilin sonunadək qiymətləndirmək mümkün deyil
Digər ölkələr
29 Aprel , 2015 10:15
Aİ-nin ABŞ-dakı səfiri: Rusiyaya qarşı sanksiyalar ən azı 2015-ci ilin sonuna qədər qüvvədə qalacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının tam yerinə yetirilməsinə qədər qüvvədə qalacaq. Report" "TASS"a istinadən xəbər verir ki, bu fikri Avropa İttifaqının ABŞ-dakı səfiri  Devid O'Sallivan dünən Vaşinqtonda "Bloomberg" agentliyinin müxbir və redaktorları ilə görüşü zamanı söyləyib. 

"Martda Avropa Şurası aydın şəkildə bildirib ki, sanksiyalar Minsk razılaşmalarının tam yerinə yetirilməsinə qədər saxlanılacaq.  Minsk razılaşmalarının tam həyata keçməsini bu ilin sonunadək qiymətləndirmək mümkün deyil", - diplomat qeyd edib. 

Bir müddət əvvəl Varşavada keçirilən birgə mətbuat konfransı zamanı Polşanın baş naziri Yeva Kopaç və Alnmaniya kansleri Anqela Merkel bildiriblər ki, Avropa İttifaqı iyul ayında Rusiyaya qarşı sanksiyaların taleyi haqda məsələyə baxacaq və Ukraynadakı vəziyyətə uyğun olaraq, qərar qəbul edəcək. 

"Biz qərarı iyun ayında qəbul etməliyik. Lakin, mənim fikrimcə, martda Avropa Şurası öz mövqeyini dəqiq şəkildə bildirib. Buna görə də, sanksiyalar razılaşmaların yerinə yetirilməsinə qədər qüvvədə saxlanılacaq", - O'Sallivan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi