Aİ-nin 27 ölkəsində vaksinləmə sertifikatları sistemi qüvvəyə minib

Aİ-nin 27 ölkəsində vaksinləmə sertifikatları sistemi qüvvəyə minib Avropa İttifaqının hüdudları daxilində sərbəst hərəkəti asanlaşdırmağı nəzərdə tutan Avropa vaksinləmə sertifikatlarının verilməsi sistemi 27 üzv ölkənin hamısında qüvvəyə minib.
Digər ölkələr
136
1 İyul , 2021 13:35
Aİ-nin 27 ölkəsində vaksinləmə sertifikatları sistemi qüvvəyə minib

Avropa İttifaqının hüdudları daxilində sərbəst hərəkəti asanlaşdırmağı nəzərdə tutan Avropa vaksinləmə sertifikatlarının verilməsi sistemi 27 üzv ölkənin hamısında qüvvəyə minib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

Bildirilib ki, Aİ-yə üzv ölkələrin çoxu hələ iyun ayında bu cür sənədlərin verilməsinə başlayıblar.

Sertifikatlar vətəndaşların Aİ hüdudlarından kənara səfər etməsini nəzərdə tutmur. Elektron formatda təqdim edilən sənəd mobil telefon vasitəsilə oxuna bilən QR-koda malikdir. Sertifikatın bir il ərzində qüvvədə olacağı gözlənilir.

Sertifikatda onun sahibinin koronavirusa qarşı immuniteti haqqında məlumatlar - vaksinləmə, keçirilmiş xəstəlik və 72 saatdan gec olmayaraq edilən PCR testinin nəticəsi haqqında informasiya öz əksini tapır. Bu cür sertifikatlara malik şəxslər üçün Avropa İttifaqı daxilində səyahət zamanı karantin qaydaları azaldılacaq və ya ləğv ediləcək.

Son xəbərlər

Orphus sistemi