Aİ İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək

Aİ İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək Avropa İttifaqı (Aİ) radikal israilli köçkünlərə qarşı sanksiyaları davam etdirəcək.
Digər ölkələr
21 Yanvar , 2025 20:40
Aİ İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Aİ diplomatiyasının rəhbəri Kay Kallasın nümayəndəsi Anuar əl-Anuni bildirib.

“Aİ Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərin zorakılıqdan istifadəsini qətiyyətlə pisləyir”, - deyə o, ABŞ Prezidenti Donald Trampın Amerikada analoji sanksiyaları ləğv etməsindən sonra Aİ-nin də bu cür addım atmaq perspektivləri ilə bağlı suala cavab verərkən söyləyib.

“ABŞ-nin sanksiya siyasəti onların müstəsna hüququdur”, - əl-Anuni deyib.

Aİ-yə gəlincə, o xatırladıb ki, Avropa Şurası İsrailin mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyanların əməllərinə görə cavab verməsi ilə mülki vətəndaşları müdafiə etmək borcunun olduğunu dəfələrlə təkrarlayıb.

Əl-Anuni əlavə edib ki, artıq görülən tədbirlərdən başqa, Aİ Şurasında məskunlaşdırılan tərəfindən “zorakılıq” hallarının aradan qaldırılması üçün yeni təkliflər öyrənilir.

Son xəbərlər

Orphus sistemi