Aİ "Brexit" üzrə Londonla danışıqlara dair sənəd hazırlayacaq

Aİ "Brexit" üzrə Londonla danışıqlara dair sənəd hazırlayacaq Sənəd Aİ üzvü olan 27 ölkənin hər birinin hökumətlərinə göndəriləcək
Digər ölkələr
31 Mart , 2017 10:09
Aİ Brexit üzrə Londonla danışıqlara dair sənəd hazırlayacaq

Bakı. 31 mart. REPORT.AZ/ Avropa Şurasının sədri Donald Tusk bu gün Böyük Britaniyanın Aİ-nin strukturundan çıxmasıyla bağlı onlarla danışıqlarda əsas tutulacaq prinsiplərin yer aldığı layihə sənədini təqdim edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, sənəd Aİ üzvü olan 27 ölkənin hər birinin hökumətlərinə göndəriləcək.

Bu prinsiplər London ilə qarşıdakı iki ildə davam edəcək danışıqlarda İttifaqın öz şərtlərinin diktəsi və Britaniyanın Aİ ilə yekun çıxış müqaviləsinə səylərin göstərilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-ni tərk etmək məqsədi ilə Lissabon müqaviləsinin 50-ci maddəsindən rəsmən istifadə etdiyini göstərən rəsmi bildiriş məktub bir neçə gün əvvəl Donald Tuska təqdim edilib.

Son xəbərlər

Orphus sistemi