Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib Maykl Şort öz vəzifəsindən getmək barədə ərizə yazıb
Digər ölkələr
26 İyul , 2017 04:35
Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib
Associated Press

Bakı. 26 iyul. REPORT.AZ/ Ağ evin mətbuat xidmətinin keçmiş rəhbəri Şon Spayserin köməkçisi Maykl Şort istefaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə müvafiq məlumatda deyilir.

"Mətbuat katibi Sara Sanders Şortun istefasını qəbul edib. Biz Maykla xidmətlərinə görə minnətdarıq və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Şortun öz vəzifəsindən getmək barədə ərizə yazdığı xəbər verilmişdi.

İyulun 21-də Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib.

Son xəbərlər

Orphus sistemi