Ağ Ev Trampın impiçmenti prosedurunda demokratlarla əməkdaşlıq etməyəcək

Ağ Ev Trampın impiçmenti prosedurunda demokratlarla əməkdaşlıq etməyəcək Ağ Ev demokratlara ABŞ Konqresində prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində onlarla əməkdaşlıq etməyəcəyi barədə xəbərdarlıq edib.
Digər ölkələr
9 Oktyabr , 2019 01:54
Ağ Ev Trampın impiçmenti prosedurunda demokratlarla əməkdaşlıq etməyəcək

Ağ Ev demokratlara ABŞ Konqresində prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində onlarla əməkdaşlıq etməyəcəyi barədə xəbərdarlıq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Ağ Evdən bildirilib ki, ABŞ Konqresində demokratlar tərəfindən Trampın impiçmenti təşəbbüsü konstitusiya əsaslarına malik deyil.

Ağ Ev hesab edir ki, ABŞ Konqresində demokratlar tərəfindən Trampın impiçmenti proseduru təşəbbüsü 2016-cı il seçkilərinin nəticələrini ləğv etmək cəhdidir. 

Son xəbərlər

Orphus sistemi