Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb

Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb ABŞ hakimiyyəti Rusiyada məhkum olunmuş Amerika vətəndaşları Brittni Qrayner və Pol Uilanın vətənlərinə qaytarılması üçün lazım olan bütün addımları atmağa hazırdır, həmçinin Moskvanı bir daha Vaşinqtonun məhbus mübadiləsi təklifini qəbul etməyə çağırır.
Digər ölkələr
5 Avqust , 2022 07:04
Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb

ABŞ hakimiyyəti Rusiyada məhkum olunmuş Amerika vətəndaşları Britni Qrayner və Pol Uilanın vətənlərinə qaytarılması üçün lazım olan bütün addımları atmağa hazırdır, həmçinin Moskvanı bir daha Vaşinqtonun məhbus mübadiləsi təklifini qəbul etməyə çağırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Biz Rusiyanı bu təklifi qəbul etməyə çağırırıq. Soydaşlarımızın vətənə qayıtması üçün bütün lazımi addımları atmağa hazırıq ”, - Jan-Pyer bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki məhkəməsi cümə axşamı ABŞ basketbolçusu Britni Qrayneri narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi