Tramp: "Meksika ilə sərhəd divarı poladdan olacaq"

Tramp: "Meksika ilə sərhəd divarı poladdan olacaq" Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır.
Digər ölkələr
690
7 Yanvar , 2019 03:53
Tramp: Meksika ilə sərhəd divarı poladdan olacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Amerikanın vitse-prezidenti Maykl Pens demokratlarla görüşün gedişatında sərhəddə təhlükəsizliklə bağlı problemləri müzakirə edib.

"Biz indi polad divarı (divarın inşasını-red) planlaşdırırıq, beton yox", - deyə ABŞ prezidenti bildirib.

O, əlavə edib ki, polad divar daha az gözə çarpacaq və daha möhkəm olacaq.

Daha əvvəl ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatların sərhədlərinin açıq olması ölkənin Demokrat Partiyasını narahat etmir.

Son xəbərlər

Orphus sistemi