Yuxarı

Ağ Ev Putin-Obama görüşü ilə bağlı məlumata malik deyil

Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest məlumat verib.

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ağ Ev rəsmiləri ABŞ və Rusiya prezidentlərinin görüşünə dair hərhansı məlumata malik deyil. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest məlumat verib.

"Belə bir görüşün planlaşdırıldığına dair məlumatlı deyiləm", - deyə Ernest vurğulayıb.

Qeyd edək ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, əyər amerika tərəfi müvafiq təşəbbüslə çıxış etsə Obama-Putin görüşü baş tuta bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi