Ağ Ev Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib

Ağ Ev Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib "Bu iş səlahiyyətlərin aşılması üzrə növbəti biabırçı nümunədir"
Digər ölkələr
26 Aprel , 2017 09:57
Ağ Ev Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib
Report.az

Bakı. 26 aprel. REPORT.AZ/ Ağ Ev ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib. "Report" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl San-Fransisko məhkəməsi administrasiyanın rəhbərləri qeyri-qanuni immiqrantları hüquq-mühafizə orqanlarına verməyən "sığınacaq-şəhərlər"in federal maliyyələşdirilməsindən imtina ilə bağlı qərarına hüquqi qüvvə verməmişdi. Elə həmin məhkəmə fevral ayında D.Trampın bəzi ölkələrin vətəndaşlarına müvəqqəti ABŞ-a girişi qadağan edən immiqrasiya fərmanını ləğv edib.

"Bu gün qanunun aliliyi prinsipinə daha bir zərbə vuruldu: heç kimin seçmədiyi hakim birtərəfli qaydada ölkəmizin immiqrasiya siyasətini yenidən yazdı. Bu iş tək, heç kim tərəfindən seçilməyən dairə hakiminin səlahiyyətlərin aşılması üzrə növbəti biabırçı nümunədir", - Ağ Evin bəyanatında deyilir.

Ağ Ev "sığınacaq-şəhərlər"ə dair əvvəllər elan edilən siyasətini həyata keçirmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini də bildirib.

Son xəbərlər

Orphus sistemi