Ağ Evdən Cozef Bayden Kim Çen Inla görüşü barədə açıqlama

Ağ Evdən Cozef Bayden Kim Çen Inla görüşü barədə açıqlama ABŞ prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşməyə hazırlaşmır.
Digər ölkələr
29 Mart , 2021 23:32
Ağ Evdən Cozef Bayden Kim Çen Inla görüşü barədə açıqlama
Cozef Bayden və Kim Çen In

ABŞ prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşməyə hazırlaşmır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"O, bunu etmək niyyətində deyil", - Ağ Ev rəsmisi jurnalistin Cozef Baydenin Kim Çen Inla görüşü planlaşdırıb-planlaşdırmaması barədə sualına cavabında deyib.

Cen Psaki əlavə edib ki, ABŞ rəhbərinin Şimali Koreyaya diplomatik yanaşması tamamilə başqa olacaq. Bu diplomatiya əvvəlki administrasiyanın siyasətindən fərqlənəcək.

Ötən həftə ABŞ prezidenti KXDR ilə "bir növ diplomatiyaya" hazır olduğunu söyləyib. Eyni zamanda, rəsmi Vaşinqton Pxenyanı raket sınaqları ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırdı.

Şimali Koreya ABŞ-ın KXDR-in raket sınaqlarına reaksiyasını "Amerika administrasiyasının birinci səhv addımı" adlandırıb. Pxenyan bir gün əvvəl daha əvvəl iki yeni taktiki idarə olunan raketin sınaqdan keçirildiyini təsdiqləyib. Bu yaxınlarda hazırlanmış raketlər Yapon dənizində təxminən 600 kilometr uçub.

Son xəbərlər

Orphus sistemi