Ağ Ev: "Baydenin səhhəti yaxşıdır"

Ağ Ev: "Baydenin səhhəti yaxşıdır" Cümə axşamı Koloradoda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimində səhnədə yıxılan ABŞ Prezidenti Cozef Baydenin səhhəti yaxşıdır.
Digər ölkələr
2 İyun , 2023 00:58
Ağ Ev: Baydenin səhhəti yaxşıdır

Cümə axşamı Koloradoda Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimində səhnədə yıxılan ABŞ Prezidenti Cozef Baydenin səhhəti yaxşıdır.

“Report”un xəbərinə görə, bu barədə Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru Ben Labolt tviter hesabında məlumat verib.

"O (Bayden - red) yaxşıdır", - Labolt yazıb.

Ben Labolt bununla izah edib ki, dövlət başçısı səhnədə qum torbasına ilişərək büdrəyib.

Prezidentin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə deyib ki, Bayden "tam yaxşı"dır. Onun sözlərinə görə, Vaşinqton administrasiyasının rəhbəri Prezident təyyarəsinə “təbəssümlə” minib.

Amerika liderinin iştirak etdiyi buraxılış mərasimi təxminən 3,5 saat davam edib və akademiyanın 920 məzunu iştirak edib.

Son xəbərlər

Orphus sistemi