ABŞ Yəməndə İran faktorundan ciddi narahatdır

ABŞ Yəməndə İran faktorundan ciddi narahatdır "İranla "Ənsarullah" Hərəkatı arasında əlaqələrin mövcud olması barədə məlumatlara sahibik"
Digər ölkələr
24 Yanvar , 2015 10:21
ABŞ Yəməndə İran faktorundan ciddi narahatdır

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ rəhbərliyi Yəməndə prezident Əbdurəbbu Mansur Hadinin istefasına səbəb olan hadisələrə münasibət bildirib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ağ evin sözçüsü Coş Ernest jurnalistlərə açıqlamasında deyib ki, İranla "Ənsarullah" Hərəkatı (husilər) arasında əlaqələrin mövcud olması barədə məlumatlara sahibdirlər və bu məsələdən ciddi narahatdırlar: "Hazırda İranın Yəməndə husi yaraqlıları üzərində təsirinin olub-olmadığı məlum deyil".

O, həmçinin deyib ki, husilərin ərəb yarımadası "əl-Qaidə"si ilə heç bir əlaqələri yoxdur: "Əksinə, "əl-Qaidə"ni düşmən kimi görürlər. ABŞ rəhbərliyinin terrorla mübarizə sahəsində prezident Hadi ilə Yəmən milli təhlükəsizlik qurumlarının digər üzvləri ilə güclü əməkdaşlığı mövcud idi. Hadi hökuməti ilə yaxından əməkdaşlıq etdik və Yəmən hökuməti ilə terrorizmlə mübarizə səylərində birlikdə çalışmağa davam etmək istəyirik. Hazırda Yəməndə terrorla mübarizə sahəsində bəzi əməkdaşlığımız davam edir". 

Son xəbərlər

Orphus sistemi