ABŞ Yaxın Şərq regionuna hələ ki əlavə hərbi birləşmələr göndərməyi planlaşdırmır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
“ABŞ-nin regiona əlavə qüvvələr göndərməsi kontekstində elan edəcəyimiz yeni heç nə yoxdur”, - o deyib.
Bununla belə, P.Rayder vurğulayıb ki, Pentaqon lazım gələrsə, dünyanın istənilən yerində ABŞ hərbi qüvvələrinin sayını artırmağa qadirdir.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndəki husi qiyamçılarının hədəflərinə zərbələr endirmək üçün təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edib. ABŞ Prezidenti Cozef Bayden əməliyyatın Qırmızı dənizdə husilərin hücumlarına cavab olduğunu və müdafiə xarakteri daşıdığını açıqlayıb. Hədəflər husilərin əlində olan raketlərin, PUA-ların və radarların yerləşdiyi yerlər olub.