Yuxarı

ABŞ Vyetnama öldürücü silah satışı ilə bağlı embarqonu aradan qaldırıb

Bu barədə ABŞ lideri Barak Obama Vyetnam səfəri zamanı məlumat verib

Bakı. 23 may. REPORT.AZ/ ABŞ Vyetnama öldürücü (letal - red.) silah satışı ilə bağlı embarqonu aradan qaldırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Barak Obama Vyetnam səfəri zamanı məlumat verib.

Qeyd edək ki, B.Obama 1955-1975-ci illərdə Vyetnamda gedən müharibədən sonra Bill Klinton və kiçik Corc Buşdan sonra bu ölkəyə səfər edən üçüncü ABŞ prezidenti olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi