"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri brifinqdə RF XİN rəhbəri Sergey Lavrov ilə Pekində keçirilən ASİƏ sammiti çərçivəsində danışıqların nəticələrini şərh edərkən bildirib.
"Bizim Ukrayna ilə bağlı müəyyən fikir ayrılıqlarımız var. Biz bununla əlaqədar məlumat müdailəsi aparmaq qərarına gəlmişik. Biz həmçinin danışıqları davam etdirmək barədə razılıq əldə etdik" - deyə, Kerri qeyd edib.
ABŞ dövlət katibi Ukrayna ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsinə ümidvar olduğunu bildirib.