ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.
Digər ölkələr
22 Aprel , 2024 08:51
ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

“Balikatan 2024”ün sözçüsü Maykl Loqiko təlimlərlə bağlı deyib: “Silahlı Qüvvələrin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. Gəlin bunu bəzəməyək. Öyrənməsək və hazırlaşmasaq, ölkəyə xələl gələcək".

Təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABŞ-ın Filippində yerləşdirdiyi “SM-6” zenit-raket raketləri isə təlimdə istifadə edilməyəcək.

Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Kaqayan və Batanes əyalətlərində keçiriləcək.

“Balikatan 2024” iştirakçıları həmçinin informasiya müharibəsi taktikası, dəniz təhlükəsizliyi və inteqrasiya olunmuş hava və raketdən müdafiə üzrə təcrübə keçəcəklər.

Mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcək. Asiya və Avropanın 14 ölkəsi onlara müşahidəçi qismində qoşulacaq.

Son xəbərlər

Orphus sistemi