ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danışığı olub

ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danışığı olub Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında ABŞ-KXDR sammiti ərəfəsində telefon danışığı baş tutub.
Digər ölkələr
11 İyun , 2018 15:29
ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danışığı olub
Pete Marovich/ globallookpress.com
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında ABŞ-KXDR sammiti ərəfəsində telefon danışığı baş tutub.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin administrasiyasındakı nümayəndəyə istinadən məlumat yayıb.

Daha əvvəl Mun Çje İn ABŞ və KXDR arasındakı münasibətlərin tam nizamlanmasının mümkünlüyünü dəyərləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In artıq Sinqapurdadır. İyunun 12-də Sentos adasında yerləşən "Capella" hotelində ABŞ - KXDR sammiti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi